Advertisement

Gənc akrobatlarımız beynəlxalq yarışda qızıl medal qazanıblar

Bakı. Trend:

Akrobatika gimnastikası üzrə gənclərdən ibarət Azərbaycan
yığması “Acro Cup” adlı beynəlxalq yarışda uğurlu çıxış edib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, millimiz Bolqarıstanın Burqas şəhərində keçirilən
yarışda çoxnövçülükdə qızıl medal qazanıb.

Zəhra Rəşidova, Anahita Bashiri və Nəzrin Zeyniyevadan ibarət
üçlük uğurlu çıxış edərək, fəxri kürsünün ən yüksək pilləsində yer
alıb.

Sabir Ağayev və Milana Əliyevadan ibarət qarışıq cütlük və Murad
Rəfiyev-Daniel Abbasov kişi dueti finala vəsiqə qazanıb.

Qeyd edək ki, “Acro Cup”a sabah yekun vurulacaq.