Advertisement

“Xəzri” Azərbaycan Basketbol Liqasının finalına yüksəlib

Bakı. Trend:

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsində
növbəti matç keçirilib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, “Xəzri” NTD-İNDİQO ilə üz-üzə gəlib.

İlk matçda 63:61 hesabı ilə üstün olan bakılılar finala
yüksəliblər. Gərgin mübarizə şəraitində keçən qaşılaşmanın taleyi
overtaymda həll olunub. “Xəzri” 3-cü perioddan sonra 13 xallıq
fərqi aradan götürməyi bacarıb. Əlavə vaxtda da daha yaxşı çıxış
edən Murat Dikmenin komandası finala vəsiqə qazanıb.

Qeyd edək ki, cütün qalibi finalda “Sabah” ilə qarşılaşacaq.
Çempion yarımfinalda “Xırdalan”ı məğlub edib.