Advertisement

“Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi müəyyənləşib

Bakı. Trend:

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024″ beynəlxalq mahnı
müsabiqəsinin finalı keçirilib.

Trend xəbər verir ki, televiziya tamaşaçılarının və
“Avroviziyada” iştirak edən ölkələrin milli münsiflər heyətinin
səsverməsi nəticəsində 591 xal toplayaraq isveçrəli müğənni Nemo
Mettler (Nemo) Lorin qalib olub.

İkinci və üçüncü yerləri müvafiq olaraq Xorvatiya (547) və
Ukrayna (453) tutub.

Qeyd edək ki, İsveçin Malmö şəhərində “Avroviziya-2024”
beynəlxalq mahnı müsabiqəsi keçirilib. İkinci yarımfinal mayın 9-da
baş tutub.