Advertisement

“Qarabağ” “Boka Xuniors”u keçib – Trend.Az

Bakı. Trend:

Klubların dünya reytinqindəki ən yaxşı Azərbaycan təmsilçisi
“Qarabağ”ın siyahıda keçdiyi komandalar bəlli olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, İFFHS-in cədvəlində 48-ci pillədə qalan
Ağdam klubu 7 komandanı arxada qoyub.

Qurban Qurbanovun yetirmələri “Boka Xuniors”, “LDU Kito”, PAOK,
“Frayburq”, “Braqa”, “Sparta” və “Atletiko Nasyonal”ı keçib. Amma
“Qarabağ” irəliləyə bilməyib.

Buna eyni sayda komandanın Azərbaycan çempionunu arxada qoyması
səbəb olub. “Brügge”, “Atletiko Mineyro”, “Atletiko Paranaense”,
“Korintians”, “İndependente Medelyin”, “River Pleyt” və Zaqreb
“Dinamo”su təmsilçimizi keçə bilib.

Qeyd edək ki, “Qarabağ”ın hesabında 183 xal var.