Advertisement

Mingəçevirdə insanların istirahət etdiyi parkda avtoxuliqanlıq edən sürücü həbs olunub (VİDEO)

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə digər hərəkət
iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdiyi “VAZ-2106”
markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozan 20
yaşlı Bürhan Əsədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə
verilən məlumata görə, o, insanların istirahət etdiyi Mingəçevir
şəhərində yerləşən “Dostluq” parkına nəqliyyat vasitəsi ilə daxil
olaraq ictimai qaydanı nümayişkəranə şəkildə pozub və şəhər
ərazisində avtoxuliqanlıq hərəkətləri edərək bu əməlini sosial
şəbəkədə paylaşıb.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi
üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə B.Əsədov
sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 sutka
inzibati qaydada həbs edilib.