
Bakı. Trend:
Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının
üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən Dünya kubokunda
dörd medal qazanıblar.
Bu barədə Trend-ə
Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Yarışda qarışıq cütlükdə çıxış edən Azərbaycan gimnastları
Ağasif Rəhimov və Raziyə Seyidli qızıl medal qazanıblar. Zəhra
Rəşidova, Anahita Bəşiri və Nəzrin Zeyniyevadan ibarət qadın qrupu
da qızıl medala layiq görülüb.
Gümüş medalı kişi cütlüyündə çıxış edən Murad Rəfiyev və Daniel
Abbasov, eləcə də Riad Səfərov, Abdullah Əl-Məşayhi, Seymur Cəfərov
və Rəsul Seyidlidən ibarət kişi qrupu qazanıb.
Qeyd edək ki, akrobatika gimnastikası üzrə Dünya kuboku mayın
10-12-də Burqas şəhərində keçirilib.





























