Bakı. Trend:
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıdakı
danışıqları konstruktiv keçib.
Trend xəbər
verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyan İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Yan
Borqla birgə mətbuat konfransında deyib.
“Danışıqlar dəfələrlə səsləndirilən prinsiplərin üslubunda davam
etdirilir”, – deyə Mirzoyan bildirib.
Xatırladaq ki, 10-11 may 2024-cü il tarixlərində Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan
Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında
Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.
Səfər çərçivəsində, nazirlər Qazaxıstanın Baş nazirinin müavini
– xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli,
o cümlədən üçtərəfli formatda görüşüblər.





























