Advertisement

“Qarabağ” rekordunu təkrarlayıb – Trend.Az

Bakı. Trend:

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə 91-ci
qolunu vurub.

Trend İdman.biz
istinadən xəbər verir ki, Ağdam klubu bu rəqəmə XXXIV turun “Zirə”
ilə matçındakı 1:0 hesablı səfər qələbəsi ilə çatıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bununla da
tarixinin rekordunu təkrarlayıb. “Qarabağ”ın ən çox qol vurduğu
mövsüm ötən çempionat olub. Ağdamlılar 2022/23 mövsümündə 91 dəfə
fərqləniblər. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki
turda rekordunu yeniləmək imkanına malikdir.

Qeyd edək ki, çempion son iki turda “Turan Tovuz”la evdə,
“Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.