Bakı. Trend:
ABŞ-nin Boston şəhərindəki Massaçusets Xəstəxanasından
bildiriblər ki, bu ilin əvvəlində geni dəyişdirilmiş donuzdan yeni
böyrək transplantasiyası əməliyyatı keçirən ilk insan böyrək
çatışmazlığından vəfat edib.
Trend “Reuters” agentliyinə istinadən xəbər verir ki,
xəstəxanadan verilən açıqlamada qeyd olunub: “Kütləvi
transplantasiya qrupu donuz böyrəyi köçürülməsi əməliyyatının
nəticəsini araşdırır”.
Massaçusets ştatının Ueymut şəhərindən olan 62 yaşlı Slayman
dörd saat davam edən transplantasiya əməliyyatını mart ayında
keçirib və həmin vaxt xəstəxana bunu ağır xəstələrin xilasında yeni
mərhələ adlandırıb. ABŞ vətəndaşı yeddi il dializdə qaldıqdan sonra
2018-ci ildə eyni xəstəxanada ona insan böyrəyi köçürülüb, lakin
beş ildən sonra həmin orqan uğursuz olub. Bunun ardından Slaymana
geni dəyişdirilmiş donuz böyrəyi transplantasiya edilib.
Tədqiqatçılar keçən ilin oktyabrında “Nature” jurnalına
bildiriblər ki, “eGenesis” tərəfindən yetişdirilən, eyni şəkildə
geni dəyişdirilən donuz böyrəkləri orta hesabla 176 gün və bir
halda iki ildən çox diri saxlanılan meymunlara uğurla
köçürülüb.
Hazırda ABŞ-də 100 mindən çox insan transplantasiya üçün orqan
gözləyir və böyrəklərə ən çox tələbat var.
Merilend Universitetinin cərrahlar qrupu 2022-ci ilin yanvarında
geni dəyişdirilmiş donuz ürəyini ürək xəstəliyi olan 57 yaşlı
kişiyə köçürüb, lakin o, iki ay sonra vəfat edib.





























