Bakı. Trend:
Azərbaycan hər zaman sülh və sabitliyin bərqərar edilməsi üçün
çağırışlar edir.
Bu barədə Trend-in suallarını cavablayarkən Türkiyənin
Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel
Karauz deyib.
Onun sözlərinə görə, başda Fransa, Yunanıstan, Hindistan
olmaqla, bir sıra ölkələr Ermənistanı silahlandırır.
“Sözügedən ölkələr Cənubi Qafqazda sülh olmaması üçün əllərindən
gələni edirlər. Zəngəzur dəhlizinin reallaşmaması ilə yanaşı,
Azərbaycanın ərazi bütövlüyünə qarşı revanşist duyğularla
Ermənistanı hazırlaşdırırlar. Eyni zamanda, Ermənistan
cəmiyyətindəki müxalifəti, əli qanlı Xocalı qatillərini küçərələrə
tökərək, sülh istəmədiklərini söylədirlər. Ermənistan heç bir vaxt
yalnız olmayıb, öz iradəsi ilə hərəkət etməyib.
Hazırda Ermənistanın Azərbaycanla sülh sazişi imzalamaqdan başqa
çarəsi yoxdur. Amma Fransa, Yunanıstan, Hindistan və bəzi Qərb
ölkələri, dairələri öz mənfəətləri üçün Ermənistanın sülh
müqaviləsini imzalamasını gecikdirirlər.
Hər kəs ağlını başına yığmalıdır və Azərbaycan-Ermənistan
arasında sülh razılaşmasına mane olmamalı, töhfə verməlidir.
Ermənistan tarixdən dərs çıxarmalı və Qərbin, onu
silahlandıranların oyununun parçası olmamalıdır. Əgər tarixdən
nəticə çıxarmasa, bunun msəuliyyəti Azərbaycanın üzərində deyil”, –
deyə Y.Karauz bildirib.





























