Bakı. Trend:
Mayın 19-24-də BƏƏ-nin Abu-Dabi şəhərində keçiriləcək cüdo üzrə
dünya çempionatına 104 ölkədən 638 cüdoçu sifariş olunub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bəzi yığmalar yekun siyahısını Astanadakı
“Böyük dəbilqə”dən sonra göndərəcəyindən idmançıların say tərkibi
daha da artacaq.
Azərbaycan millisi də hələ heyətini göndərməyən komandalar
sırasındadır. 104 ölkə arasında Yaponiya, Cənubi Koreya,
Monqolustan və Özbəkistan daha çox – 18 cüdoçu sifariş edib.
Qeyd edək ki, olimpiya lisenziyalı yarışlara dünya çempionatı
ilə yekun vurulacaq.





























