Advertisement

Premyer Liqada 23-cü turun hakimləri açıqlandı

Bakı. Trend:

Premyer Liqada 23-cü turun 4 oyununa hakim təyinatları
açıqlanıb.

Trend xəbər verir ki, matçları aşağıda adları qeyd olunan
hakimlər idarə edəcək:

17 fevral (şənbə)

“Sabah” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat
İsmayıllı
“Bank Respublika Arena”, 16:00

“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural
Qurbanov
“ASCO Arena”, 18:30

18 fevral (bazar)

“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy
Rəhimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30

“Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli
Əliyev
“Neftçi Arena”, 18:00

Xatırladaq ki, 23-cü turun “Qəbələ” – “Qarabağ” oyunu təxirə
salınıb.