
Bakı. Trend:
Anlayırıq ki, iqlim dəyişmələri bəzi ölkələr üçün problemdir,
lakin digərləri üçün mövcudluqla bağlı olan məsələdir. Düşünürük
ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur.
Trend xəbər verir ki, bu
sözləri Prezident İlham Əliyev Tuvalunun general-qubernatoru Falani
Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki
Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel
Frederik Audleyi qəbul edərkən söyləyib.
“Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara
dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində
dayanacaq. COP29-un sədri kimi, biz bunu diqqət mərkəzində
saxlayacağıq. Həmçinin digər kiçik ada dövlətləri ilə
məsləhətləşərək, COP29 zamanı yüksək səviyyəli nümayəndələrin
görüşünün təşkil olunmasını təklif edirik. Eyni zamanda, kiçik ada
dövlətlərinə dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və
maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edirik”,
– deyə dövlətimizin başçısı vurğulayıb.





























