Bakı. Trend:
13 may 2024-cü il tarixində yerli vaxtla saat 02:13-də Güzdək
qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq
vulkanında növbəti püskürmə baş verib.
Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən xəbərə görə, püskürmə
yerli vaxtla saat 02:13-də başlayıb və 9 dəqiqə davam edib.
Vulkan pükürməsindən əvvəl alov sütünu müşahidə olunub. Vulkan
püskürməsi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin
səkkiz rəqəmsal stansiyası tərəfindən qeydə alınıb.
Palçıq vulkanlarının monitorinqini aparan seysmik stansiyaların
məlumatları əsasında, Güzdək Bozdağı palçıq vulkanının ocağının
dərinliyi 3.5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan
enerjisi isə – 8.67*106 Coul təyin edilmişdir.
Xatırladaq ki, Güzdək Bozdağı palçıq vulkanı Abşeron
yarımadasının ən iri orfoqrafik vahidlərindən biri hesab edilir. Bu
vulkanın son püskürməsi 13 fevral 2009-cü ildə baş vermişdi.

























