Zəngilan. Trend:
Zəngilanın Ağalı kəndində 30 ildən sonra yenidən toy məclisi
keçirilir.
Trend-in Qarabağ bürosu xəbər verir ki, artıq toy üçün görülən
hazırlıqlar yekunlaşır.
Bəyin atası, Ağalı sakini Baloğlan Mirzəyev Trend-ə
açıqlamasında bildirib ki, bu günləri çoxdan arzulayıblar.

“Bu kənddə toy olması bizim arzularımızın reallaşmasıdır.
Sevincimizin həddi-hüdudu yoxdur. Qarabağ torpağına toy, şadlıq
yaraşır. Bizim ən böyük arzumuz idi ki, öz torpağımızda yaşayaq”, –
bəy atası əlavə edib.
Qeyd edək ki, Ağalı kəndində hazırda 871 sakin yaşayır.





























