Bakı. Trend:
Terror təşkilatlarına qarşı mübarizə gündəmimizdədir.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Afina Bəyannaməsində qeyd olunduğu kimi, problemlərimizi
səmimi dialoq, mehriban qonşuluq və beynəlxalq hüquq əsasında həll
etmək iradəmizə sadiqik.FETÖ, PKK, DHKP/C kimi terror təşkilatları
ilə mübarizə də gündəmimizin başında idi. Terrorla mübarizədə
Yunanıstanla anlaşma birliyimiz getdikcə güclənir” – deyə o
bildirib.





























