Advertisement

İranlıdan aldıqları 14 kq marixuananı ünvana çatdırmaq istəyən narkokuryerlər həbs edildi

Bakı. Trend:

Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana
aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının
narkotiklərin dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə Samid
Məmmədov və əvvəllər məhkum olunmuş Nurəli Məmmədov
saxlanılıblar.

Onların olduğu “Opel” markalı avtomobildən 14 kiloqram marixuana
aşkarlanıb. Saxlanılanların narkotik vasitəni İranda yaşayan
şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdikləri və
ölkə ərazisində deyiləcək yerlərə çatdırmağı planlaşdırdıqları
müəyyən olunub. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.