Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament
nümayəndə heyəti mayın 14-də Sinqapur Respublikasına rəsmi səfərə
gedib.
Parlamentdən Trend-ə verilən məlumata görə, “Sinqapur Çanqi”
Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın
İndoneziyadakı səfiri Cəlal Mirzəyev və digər rəsmi şəxslər
qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın
Sinqapur Respublikasında bir sıra rəsmi görüşləri nəzərdə
tutulub.
Nümayəndə heyətinə deputatlar Məşhur Məmmədov, Səttar
Möhbalıyev, Cavanşir Paşazadə, Nurlan Həsənov, parlament Aparatının
rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.





























