
Bakı. Trend:
“Şuşa doğurdan da möcüzədir. Cənab Prezident deyəndə ki, əziz
Şuşa sən azadsan… Ağladıq, uşaq kimi ağladıq. Mən orda keçirilən
festivalda öz əsərimi ifa edəndə baxdım ki, bir qartal uçur… Bu
bilirsiz, möcüzədir. Heç bir konsert zalında bu mümkün deyil. Amma
Şuşada bu olmuşdu”, – Azərbaycan SSR Xalq artisti, Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli belə
deyib. O, Böyük Qayıdışı ümidlə izlədiyini, Prezident İlham
Əliyevin bu sahədəki siyasətinin dünyada bənzərinin olmadığını
vurğulayıb.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi
Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk
növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı
məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.
Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış
yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma,
təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə
işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və
müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar
hazırlanır.
Xalq artisti Fərhad Bədəlbəylinin iştirakı ilə hazırlanmış
videoçarxı təqdim edirik.





























