Advertisement

Təyinat alan 27 hakimin and içdi (FOTO)

Bakı. Trend:

2024-cü il mayın 14-də Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 13 may
tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan
27 hakimin andiçmə mərasimi keçirilib.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri
təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sədr yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı,
ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub.
Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən
ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və
Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata
keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub
saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına
and içiblər.

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi
geyim forması təqdim olunub.