Advertisement

Məqsədimiz çay mədəniyyətinin qorunması və inkişafıdır – Tərlan Lətifov (FOTO)

Bakı. Trend:

Kənd təsərrüfatının inkişaf edən sahələrindən biri də
çayçılıqdır. Bir müddət əvvəl çayçılığın inkişafına dair
“2018–2027-ci illər üçün Dövlət Proqramı”nın imzalanması bu sahədə
görülən işlərin genişlənməsinə təkan verdi.

Dövlət qurumları ilə yanaşı özəl şirkətlər də çayçılığın
inkişafına dəstək olur. Xüsusilə də qida sənayesinin əsas
təminatçılarından biri “Azərsun Holdinq” tərəfindən təqdim edilən
“Azerçay” markasının bu istiqamətdə həyata keçirdiyi layihələr
özünəməxsusluğu ilə seçilir.

Hazırda isə çayçılıq plantasiyalarında yığım mövsümü başlayıb.
“Azerçay” mövsümün başlaması ilə əlaqədar Masallı rayonundakı çay
plantasiyasına mediatur təşkil edib.

Media nümayəndələri yığım prosesi, çayın becərilməsi, müasir
suvarma avadanlıqları ilə əyani tanış olublar.

“Azerçay” markasının marketinq müdiri Tərlan Lətifovun sözlərinə
görə marka dünyanın 40-dan çox ölkəsində çay mədəniyyətini təmsil
edir: “Azerçay” markasının əsas məqsədi Azərbaycan çay
mədəniyyətinin qorunması və ölkəmizdə çayçılığın inkişafına təkan
verməkdir. Masallı çay bağları ilə yanaşı, cənub regionunda 4
mindən artıq fermerin öz təsərrüfatında yetişdirdiyi məhsulu
tədarük edirik. Məhsullarımızı daxili bazarla yanaşı dünyanın 40
dan çox ölkəsində istehlakçılara təqdim etməklə çay mədənyyətimizi
təmsil edirik”.

Daha sonra jurnalistlərlə həmsöhbət olan “Sun Tea” çay
fabrikinin rəhbəri Nuriyyə Rəhmanova bu il məhsuldarlığın yüksək
olacağını qeyd edib: “Hazırda ilin ilk yığım prosesi gedir.
Ölkəmizdəki iqlim şəraitinə əsasən məhsuldarlığımızın yüksək
olacağını proqnozlaşdırırıq. Məhsulumuz yüksək keyfiyyət
standartlarına görə həm yerli, həm də dünya bazarında rəğbətlə
qarşılanır”

Qeyd edək ki, Doğma Çay markası “Made in Azerbaijan” yazısını
üzərində daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş
etdirir və Azərbaycan çayının dünyada tanıdılması ilə qürur
duyur.