Advertisement

Bakcell ən sürətli sabit internetini təqdim edir

Bakı. Trend:

Bakcell Azərbaycanda mövcud olan istənilən sürətdən daha sürətli
yeni məhsulunu – “F1 Star” fiber internet paketini təqdim edir.

“Ölkənin ən sürətli mobil operatoru” şüarı ilə bütün ölkəyə
bənzərsiz internet sürəti təmin edən Bakcell, bu dəfə yeniliyi
evlərə gətirir. Özündə mesh Wi-Fi ruterləri birləşdirən məhsul,
evin sahəsindən və mərtəbəsindən asılı olmayaraq hər küncündə eyni
yüksək sürət performansını göstərəcək.

1 Gigabit sürət imkanına malik F1 Star məhsulu 14 may 2024-cü il
tarixindən etibarən abunəçilərin ehtiyaclarını qarşılamaq üçün
hazırlanmış müxtəlif planları ilə satışa çıxarılıb. Bakcell-in
təqdim etdiyi bu eksklüziv məhsul ilə abunəçilər dəyərli anlarını
kəsintisiz və sürətli ev interneti vasitəsilə yaşaya bilərlər.

“F1 Star-ın ən sürətli sabit internet olması ilə yanaşı,
Bakcell-in mükəmməlliyə, innovasiyaya və Azərbaycan xalqına
sadiqliyini təmsil edir. Hədəfimiz yeni məhsulla yanaşı, bütün
Azərbaycan ərazisində, xüsusən də Azərbaycan üçün olduqca önəmli və
dəyərli anlarla zəngin olan Qarabağda ən sürətli sabit şəbəkəni
təmin edərək, dəyər təkliflərini artırmaqdır. Yeniliklərimiz
bununla bitmir, yaxın gələcəkdə abunəçilər üçün faydalı bir neçə
məhsul seriyası təqdim edəcəyik.” deyə Bakcell-in Baş İcraçı
Direktoru Klaus Müller bildirib.

Şirkət haqqında: Bakcell 3 milyondan çox
abunəçini ölkənin ən sürətli mobil şəbəkəsi ilə təmin edir. Şirkət
NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə
daxildir.