Bakı. Trend:
Futbol üzrə Azərbaycan II Liqasının qalibi bəlli olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, sona 1 tur qalmış “Baku Sportinq”
çempionluğunu rəsmiləşdirib.
Paytaxt təmsilçisi 25-ci turda “Dinamo”nu 4:2 hesabı ilə məğlub
edərək, ən yaxın izləyicisini 5 xal qabaqlayıb. 56 xala malik
“Füzuli” və 55 xal toplayan “Cəbrayıl” sonuncu turda 2-ci pillənin
sahibini müəyyənləşdirib. Çempionatın reqlamentinə görə, 2-ci
pilləni tutan komanda 1-ci Liqanın 9-cusu ilə pley-offda üz-üzə
gələcək.
Tur “Füzuli”nin hücumçusu Elvin Nəsibov üçün əlamətdar olub. O,
“Kürmük Qax”la oyunda 7 qola imza atıb. Oyun Füzuli futbolçularının
7:2 hesablı qləbəsi ilə yekunlaşıb. Elvin 31 topla bombardirlər
yarışına başçılıq edir.
Qeyd edək ki, II Liqada mövsümə mayın 21-də yekun vurulacaq.





























