Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliyində Şarjah Masters şahmat turniri start
götürüb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığması
nüfuzlu yarışda 4 şahmatçı ilə təmsil olunur.
Yığmamızın lideri Teymur Rəcəbov turnirə heç-heçə ilə start
verib. O, hindistanlı Seturamanla xalları yarıya bölüb. Əvəzində
digər şahmatçımız Eltac Səfərli hindistanlı rəqibinə uduzub. Eltac
Şarjah Mastersin reytinq lideri Arjun Ergaisiyə məğlub olub.
Məhəmməd Muradlı Boqdan-Daniel Deak (Rumıniya) görüşdə rəqibini
mat qoyub. Aydın Süleymanlı isə kolumbiyalı Santyaqo Avila Pavasla
heç-heçə oynayıb.
Qeyd edək ki, 88 şahmat qələbə uğrunda yarışır.





























