
Beyləqan. Trend:
Beyləqanda iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinə müxtəlif vaxtlarda
ayrı-ayrı vətəndaşlara məxsus iribuynuzlu heyvanların oğurlanması
barədə məlumatlar daxil olub. Keçirilən tədbirlərlə oğurluqda
şübhəli bilinən rayon sakini Elnur Gülmalıyev saxlanılıb. Onun
zərərçəkənlərə 7000 manat maddi ziyan vurduğu müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.
Gülmalıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, keçirilən profilaktiki tədbirlərin nəticəsi olaraq
rayon sakini kanal kənarından tapdığı “RPQ” markalı qumbaraatanı
polisə təhvil verib.





























