Bakı. Trend:
Bakının Suraxanı rayonunda sürət yarışı keçirən sürücülər
saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, Bakı Şəhər DYP İdarəsindən verilən məlumata
əsasən, “Mercedes” markalı, 77-YG-294 dövlət qeydiyyat nişanlı
nəqliyyat vasitəsinin sürücüsü Kərimov Mehdi Tahir oğlu və
“Mercedes” markalı, 11-BH-180 dövlət qeydiyyat nişanlı nəqliyyat
vasitəsinin sürücüsü Abbasov Sadiq Famil oğlu avtoxuliqanlıq
hərəkətləri etdikləri üçün Suraxanı Rayon Dövlət Yol Polisi
Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücülər barəsində toplanmış materiallar baxılması üçün
aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarına əsasən sürücü M.Kərimovun sürücülük hüququ 2
il müddətinə məhdudlaşdırılmaqla iki min manat, S.Abbasovun isə
sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min beş yüz
manat məbləğində cərimə olunublar.





























