Advertisement

Qonşu dövlətlərlə ödəniş ekosistemlərinin inteqrasiyası dərinləşdirilməlidir – Zakir Nuriyev

Bakı. Trend:

Qonşu dövlətlərlə ödəniş ekosistemlərinin inteqrasiyası
dərinləşdirilməlidir.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən Fintech Summit-də
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev
deyib.

“Qonşu dövlətlərlə ödəniş ekosistemlərinin inteqrasiyası
dərinləşdirilməlidir. Türk dövlətləri arasında ödəniş sistemlərinin
inteqrasiyanın gücləndirilməsi, bu əlaqələrin inkişaf etdirilməsi
bu yolda başlanğıc ola bilərdi”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə mühüm addımlardan biri də
ödəniş xidmətləri bazarında xərc məddələrinin optimallaşdırılması,
beynəxalq ödəniş sistemləri tərəfindən tətbiq edilən tarif
siyasətinin bazar iştirakçıları üçün optimallaşdırılmasıdır.

Qeyd edək ki, 15-16 may 2024-cü il tarixində Bakıda “Bank və
Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və
Təhlükəsizlik” adlı FİNTEX SAMMİT 2024 keçirilir.