Bakı. Trend:
İran Parlamenti bu gün (15 may) həftənin şənbə gününün qeyri-iş
günü olması haqda qərar qəbul edib.
Trend-in məlumatına görə, qərar bu gün İran parlamentinin plenar
iclasında səsvermə nəticəsində qəbul olunub.
Bu qərar İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən
təsdiqlənməlidir.
Qərarda bildirilir ki, İranın bir sıra orqanları, o cümlədən,
hüquq-mühafizə, təhlükəsizlik, xidməti qurumlar, səhiyyə, banklar
və idman mərkəzləri istisna olmaqla bütün qurumlar bu qərar
çərçivəsində iş saatlarını tənzimləməlidirlər. Qərar 3 ay
müddətində qüvvəyə minəcək.
Beləliklə, İranda həftənin cümə və şənbə günləri qeyri-iş
günləri olacaq.
İranda həftənin ilk rəsmi iş günü bazar günü – son iş günü isə
cümə axşamı günü olacaq.





























