
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib.
Trend xəbər verir ki, nazir və rəhbərlik etdiyi nümayəndə heyəti
15 may tarixində Tbilisi şəhərində keçiriləcək “Azərbaycan,
Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 7-ci
iclasında iştirak edəcək.
Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda
duran vəzifələr müzakirə ediləcək.



























