
Bakı. Trend:
Bu gün məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq
ehtiyatımız var.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında
Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin sədri Eşqi
Bağırov deyib.
O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrində rus
bölməsi üzrə 12 min yer var.
“Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün
tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr
təyinatı, müəllim sayı imkan verərsə, ehtiyac olduqca rus bölməsi
üzrə sinif sayı artırıla bilər”, – deyə o əlavə edib.





























