
Bakı. Trend:
Bakıda Milli Gimnastika Arenasında batut və tamblinq üzrə Dünya
Kubokunun qalib və mükafatçılarının mükafatlandırılması mərasimi
olub.
Trend xəbər verir
ki, batut gimnastikası üzrə fərdi proqramda qalib və mükafatçılara
mükafatlar təqdim olunub.
Qadınlar arasında batut gimnastikası üzrə fərdi proqramda Syuein
Çju (Çin) qızıl, Anjela Bladtseva (neytral idmançı) gümüş, Yana
Lebedeva (bitərəf idmançı) isə bürünc medala sahib olublar.
Qalib və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika
Federasiyasının (FIG) batut gimnastikası üzrə texniki nümayəndəsi
Kristof Lambert, batut gimnastikası üzrə beynəlxalq dərəcəli hakim
Kamil Quliyev, batut gimnastikası üzrə Azərbaycan yığmasının baş
məşqçisi Vladimir Şulikin təqdim ediblər.
Kişilər arasında batut üzrə fərdi proqramda Tzısay Vanq (Çin)
fəxri kürsünün birinci pilləsinə qalxıb, Lanyu Yan (Çin) ikinci,
İvan Litvinoviç (neytral idmançı) üçüncü yeri tutub.
Qalib və mükafatçılara mükafatları gənclər və idman naziri Fərid
Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva və
yarışların direktoru Natalya Bulanova təqdim ediblər.
Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika
Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku
keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.





























