Bakı. Trend:
İslamabad Ali Məhkəməsi korrupsiya və çirkli pulların
yuyulmasında ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xanı
zaminə buraxıb.
Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, İmran Xan həbsxanadan çıxmayacaq. O, dövlət sirri
haqqında qanunu və islami nikah normalarını pozduğuna görə cəzasını
çəkməyə davam edəcək.
Xatırladaq ki, İmran Xan birinci iş üzrə 10, ikinci iş üzrə isə
7 il müddətinə azadlıqdan məhrum edilib.





























