
Bakı. Trend:
“Rusiya – İslam dünyası: KazanForumu” XV Beynəlxalq İqtisadi
Forumu çərçivəsində SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair
yeni “Yol xəritəsi” imzalanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft
Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki
hesabında yazıb.
““Rusiya – İslam dünyası: KazanForumu” XV Beynəlxalq İqtisadi
Forumu çərçivəsində Rusiyanın Tatarıstan Respublikasının “Tatneft”
PSC-nin baş direktoru Nail Maqanov ilə səmərəli görüş keçirdik.
Görüş çərçivəsində əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalandı,
qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir
mübadiləsi aparıldı”, – Rövşən Nəcəf qeyd edib.



























