Bakı. Trend:
Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər)
qeydiyyat şöbələri tərəfindən 24526 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü
ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq
11,1-dən 9,7-yə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7
faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,3 faiz olmuşdur.
Körpələrdən 828-i əkiz, 39-u isə üçəm doğulub.
Qeyd edək ki, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 9016
nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i
vəziyyətinə 10189786 nəfərə çatıb. Əhalinin hər 1000 nəfərinə doğum
səviyyəsi Şərqi Zəngəzur (12,1), Dağlıq Şirvan və Qarabağ (11,6),
LənkəranAstara (11,4), Mil-Muğan (11,1), Mərkəzi Aran (10,9),
QubaXaçmaz (10,7), Qazax-Tovuz və Şirvan-Salyan (10,6) iqtisadi
rayonlarında ölkə göstəricisindən yüksək olub.





























