
Bakı. Trend:
Texas ştatının qubernatoru Qreq Ebbot meşə yanğınları səbəbindən
60 dairədə fövqəladə vəziyyət rejimi elan edib.
Trend “The New York Times”a istinadən xəbər verir ki, qubernator
meşə yanğınları ilə mübarizə aparan yerli yanğınsöndürənlərə kömək
etmək üçün dövlət resurslarını aktivləşdirib.
Texas Dövlət Meşə Təsərrüfatı Xidmətinin məlumatına görə, alov
güclü külək səbəbindən daha geniş əraziyə yayılıb. Çərşənbə
axşamından etibarən yanğını nəzarət altına almaq mümkün olmur.
Məlumatda qeyd olunur ki, əhaliyə yanğınla bağlı xəbərdarlıq
edilib və bir sıra yaşayış məntəqələrinin boşaldılması qərara
alınıb.





























