Advertisement

Bakıdakı bu yaşayış binaları SÖKÜLƏCƏK – Artıq hər şey hazır: Ünvandan görüntülər (FOTO)

Bakı. Trend:

Bakı şəhərində daha bir söküntü aparılacaq ərazi məlum
olub.

Trend-in əldə etdiyi məlumata görə,
Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində
yerləşən, istismar müddəti başa çatmış 3 və 5 mərtəbəli köhnə
yaşayış binalarının söküntüsünə başlanılacaq.

Məlumatda o da qeyd edilib ki, yerində on altı ədəd yeni müasir
premium tipli binaların inşası nəzərdə tutulur.

Kompleksin həyətində park, uşaqlar üçün əyləncə mərkəzləri, uşaq
bağçası, futbol meydançası və s. planlaşdırılır.

Trend yaxın günlərdə söküntünün başlanılacağı ərazidən
görüntüləri təqdim edir: