Advertisement

“Molokan” bağının ətrafı niyə “HASARLANIB”? – BŞİH səbəbi AÇIQLADI

Bakı. Trend:

Paytaxtın Xaqani, Qoqol, Rəsul Rza, Ü.Hacıbəyov küçələrinin
kəsişməsində yerləşən “Xaqani” parkının (keçmiş “Molokan”bağı)
Fəvvarələr meydanına çıxışı hissəsində ticarət mərkəzinin yanı ilə
dəmir sədd çəkildiyini əks etdirən görüntülər sosial şəbəkələrdə
geniş müzakirələrə səbəb olub.

Trend-in sorğusuna cavab verən Bakı
Şəhər İcra Hakimiyyəti (BŞİH) məsələyə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
əraziyə çəkilən dəmir lövhələrin səbəbi orada aparılması nəzərdə
tutulan abadlıq işləri ilə bağlıdır:

“Baki şəhər İcra hakimiyyətindən bildirildi ki, hazırlanmış
xüsusi layihə əsasında “Xəqani” bağı və ətraf ərazilərin
abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri əsasında
aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və
piyadaların istifadəsinə veriləcək”.