Bakı. Trend:
Axtarışda olan qadın saxlanılıb.
Trend xəbər verir ki, bu
barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən bildirilib.
Məlumata görə, Penitensiar xidmətin əməliyyat aparatının Daxili
İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi
əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin
234-cü maddəsi ilə məhkum olunmuş, hazırda axtarışda olan şəxs
Əhmədova İlhamə Miraslan qızı saxlanılaraq Binəqədi Rayon Polis
İdarəsinin əməkdaşlarına təhvil verilib.





























