Advertisement

Moldova parlamenti Aİ-yə üzvlüklə bağlı referendum təyin edib

Bakı. Trend:

Moldova parlamenti respublikanın Avropa İttifaqına daxil olması
ilə bağlı konstitusiya referendumunu oktyabrın 20-nə təyin
edib.

Trend-in
məlumatına görə, bu qərarı hakim Aksiya və Həmrəylik Partiyasından
olan deputatlar iclasda qəbul ediblər.

“Konstitusiya üzrə respublika referendumunu 2024-cü il oktyabrın
20-nə təyin edilsin”, – deyə qərarda bildirilib.

Ölkə vətəndaşlarına bir sual veriləcək: “Siz Moldova
Respublikasının Avropa İttifaqına daxil olmasının
tərəfdarısınızmı?”. Əsas qanunun preambulasına “Moldova
Respublikası xalqının avropalı kimliyinin tanınması, Avropa
İttifaqına inteqrasiyanın Moldova Respublikasının strateji məqsədi
kimi elan edilməsi” sözləri ilə əlavə edilməsi təklif edilib.
Həmçinin konstitusiyaya “Aİ qaydalarının daxili qanunların
ziddiyyətli müddəaları qarşısında üstünlüyü” təqdim edən bənd əlavə
olunacaq.