Bakı. Trend:
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya yığmasında dəvət
alıb.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, qonşu ölkə millisinin baş məşqçisi Valeri Karpin
ona 33 nəfərlik geniş heyətdə yer verib.
Ağdam təmsilçisinin qolkiperi Belarusla yoldaşlıq görüşündə
çıxış etmək imkanı qazanıb. Belarus – Rusiya oyunu iyunun 7-də
Minskin “Dinamo” stadionunda keçiriləcək.
Qeyd edək ki, Lunyov mart ayında keçirilən təlim-məşq
toplanışına da Rusiya yığmasına dəvət edilmişdi. Andrey Serbiya ilə
keçirilən yoxlama matçında forma geyinmək şansı qazanmamışdı.





























