Bakı. Trend:
Finlandiyada təxminən 65 min avtomobil sahibinin məlumat sızması
baş verib.
Trend-in
məlumatına görə, bu barədə ölkənin Nəqliyyat və Rabitə Agentliyi
xəbər verib.
Qeyd olunub ki, Agentliyin müştərilərindən biri üçüncü tərəfə
giriş təmin edib və o, eyni vaxtda təxminən 65 min avtomobil
sahibinin məlumatlarını istəyib.
Bu məlumatlara giriş müvəqqəti olaraq bağlanıb, araşdırma
aparılır





























