Advertisement

Yığmamız 8 medalla birinci yeri tutub

Bakı. Trend:

Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa
çempionatına start verilib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, sərbəst güləş millimiz qitə birinciliyində uğurlu
çıxış edib.

Komandamız çempionatda 1 qızıl, 3 gümüş və 4 bürünc medal
qazanıb. İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək
Avropa çempionu olub. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq)
və Nihad Süleymanlı (75 kq) gümüş, Musa Tağıyev (38 kq), Abbas
Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq)
isə bürüncə yiyələnib.

Yekunda 140 xal toplayan millimiz ən yaxın izləyicisini 31 xal
qabaqlayaraq komanda hesabında Avropa çempionu olub. Gürcüstan
(109) ikinci, Türkiyə (104) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, U-15 Avropa çempionatları tarixində ilk dəfə
sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci yeri tutub.