Advertisement

ABŞ-da qasırğa nəticəsində 4 nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Texas ştatının Hyuston şəhərində qasırğa nəticəsində azı
4 nəfər ölüb.

Trend-in
məlumatına görə, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, güclü külək nəticəsində şəhərin müxtəlif
ərazilərində binaların şüşələri sınıb, ağaclar aşıb, elektrik
xətləri kəsilib.

Səlahiyyətlilər küləyin güclənməsi və tornadoların əmələ gəlməsi
ehtimalını açıqlayıb.