
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev ABŞ-a səfəri çərçivəsində ABŞ dövlət katibinin
siyasi məsələlər üzrə müavini vəzifəsini icra edən Con Bas, dövlət
katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini
icra edən Yuri Kim və Demokratiya, Əmək və İnsan Hüquqları üzrə
Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Robert Qilkrist ilə
görüşüb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi
“X” sosial şəbəkəsində paylaşım edib.
Məlumata əsasən, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli
münasibətləri, regional və qlobal təhlükəsizlikdəki mövcud
vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında
münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli
məsələlər ətrafında müzakirələr aparılıb.





























