Advertisement

Məcburi əmək faktı əsasında 2 cinayət işi başlanılıb

Bakı. Trend:

Ötən il Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə
Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş
əməliyyat-axtarış tədbirləri ilə 3 məcburi əmək faktı əsasında 2
cinayət işi başlanılıb və aparılmış araşdırmalarla həmin
cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində kənd
təsərrüfatı sektorunda istismara məruz qalması müəyyən olunub.

Trend-in məlumatına görə, bu barədə İnsan alverinə qarşı
mübarizə üzrə Milli Koordinatorun illik məlumatımda deyilir.

Qeyd olunub ki, görülən tədbirlər, o cümlədən, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi tərəfindən
işaxtaran və işsiz şəxslərdən 118.398 nəfərin, əmək haqlarının
birgə maliyyələşməsi proqramı çərçivəsində 1.198 nəfərin və kvota
üzrə 2.751 nəfərin işlə təmin edilməsi, 5.628 şəxsin haqqı ödənilən
ictimai işlərə, 17.362 nəfərin özünüməşğulluq proqramına cəlb
olunması, 8.370 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilməsi,
9.518 nəfərin peşə hazırlığı kurslarına yönləndirilməsi, 281.539
nəfərə peşə yönümlü məsləhət xidmətinin göstərilməsi vətəndaşların
məcburi əməyin qurbanına çevrilmə riskini xeyli azaldıb.