Advertisement

Ceyhun Bayramov Türkiyəyə getdi – Trend.Az

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar
səfərə yola düşüb.

Trend xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun
Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında
institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı”
panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin
keçirilməsi nəzərdə tutulur.