Advertisement

Axtarışda olan şəxs Beynəlxalq Hava Limanında saxlanıldı

Bakı. Trend:

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Beynəlxalq Hava
Limanı ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Nəsib Mehdiyevi
saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə
bildiriblər.

Saxlanılan şəxs araşdırma aparılması üçün Hava Nəqliyyatında
Polis İdarəsinə təhvil verilib.