
Bakı. Trend:
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev
BMT-nin Ətraf Mühit Proqramı üzrə icraçı direktoru İnger Andersenlə
görüşüb.
Trend-in
məlumatına görə, bu barədə COP29-un “X” hesabında paylaşım
edilib.
Plastik tullantılarla çirklənmənin azaldılmasından iqlim
dəyişikliyinə qarşı maliyyənin genişləndirilməsinə qədər əməkdaşlıq
məslələri müzakirə edilib.
Qeyd olunub ki, Azərbaycan ikitərəfli təşəbbüslər çərçivəsində
BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlıqda maraqlı olduğunu
vurğulayıb.





























