Bakı. Trend:
Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından
başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı
gözlənilir.
Bu barədə Trend-ə Milli
Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur,
Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran,
Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı
ehtimalı var.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında
sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara
bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və
sel keçəcəyi gözlənilir.





























