Bakı. Trend:
“Yaşıl” iqtisadiyyata keçidin gətirdiyi maliyyə riskərinə hazır
olmaq lazımdır.
Trend xəbər
verir ki, bu barədə bu gün Mərkəzi Bankının baş direktoru Şahin
Mahmudzadə “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29
Dayanıqlı biznes forumu”nda deyib.
“”Yaşıl” iqtisadiyyata keçidin özü ilə gətirdiyi maliyyə
risklərinə hazır olmalıyıq. İqlim dəyişmələrinin daşqın və
quraqlıqlar kimi nəticələri maliyyə sektoru üçün risk törədir. Bu
cür hadisələr az ağlabatandır, lakin yenə də baş verəcəyi təqdirdə,
maliyyə sisteminə və iqtisadiyyata təsirləri çox mühüm olacaq”, –
deyə o bildirib.
O qeyd edib ki, karbon qazı emissiyalarının artdığı əsas
sektorlar enerji sektoru, şəhərsalma, istehlak sektoru, tikinti və
nəqliyyatdır. İqtisadiyyatın strukturunda bu sektorların payı
artmaqdadır.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























